Azərbaycan dili Mövzu sınağı 1

012 530 55 46

055 231 50 25

Azərbaycan dili Mövzu sınağı 1

1.Hansi sözlər mənşəcə alinma sözlərdir?

1.əmanət.2.ildirim.3.məktəb.4.birlik.5.təyinat.6.axtarış.7.saat.8.vergi

A) 1,4,5,8

B) 1,3,5,7

C) 2,3,8

D) 2,4,6

E) 3,5,6,7

2.Hansi mürəkkəb sözlərin tərkib hissələri arasinda defis işarəsindən istifadə olunmur?

A) hər iki tərəfi ayrılıqda işlənə bilməyən

B) birinci tərəfi ayrılıqda işlənə bilməyən

C) əks mənali sözlərin birləşməsindən əmələ gələnlər

D) yaxın mənalı  sözlərin birləşməsindən əmələ gələnlər

E) müxtəlif mənali sözlərin birləşməsindən əmələ gələnlər

3.Nümunədə işlənmiş sözlərin hansinda vurğu son hecaya düşmür?

1) Ələsgərəm, hər elmdən haliyam.

2) Güləcəksən hər bir zaman, Azərbaycan

3) Natavan əsərin baş qəhramanıdır.

4) Şair, nə tez qocaldın sən.

5) Ədəbiyyat bədii söz sənətidir.

A) 1,2,4           C) 2,5                 E) 1,3,4

B) 2,3              D) 1,4,5

4.Biri köhnəlmiş söz deyil:

A) güyüm             B) altun               C)baqqal

D) əllaf               E) becid

5.” Corab alan” birləşməsindəki “ corab” sözünün sonundaki samit nə üçün tələffüz zamani kar qarşiliği ilə əvəzlənmir?

A) şəkilçi qəbul etmədiyi üçün

B) qalan saitlərdən ibarət olduğu üçün

C) özündən sonra saitlə başlanan söz gəldiyi üçün

D) kar qarşılığı olmadiği üçün

E) yazıldııi kimi tələffüz olunduğu üçün

6.Yanlış fikri müəyyənləşdirin:

A) sözün sinonimini müəyyən etməklə leksik mənaıinı izah etmək olar

B) antonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur

C)omonim sözlərin mənalari həmişə eyni nitq hissəsinə aid olur

D)dilimizdə işlənən sözlərin böyük əksəriyyəti ümumişlək səzlərdir

E) omonimlər quruluşca düzəltmə də olur

7.Hansi sözlər səhv yazılmışdır?

1.gedər-gəlməz        3.əjdəha             5.yarim ada

2.əksinqilab             4.aidiyyət          6.immunitet

A) 2,3,6             B) 3,4,6            C) 1,4,6

D) 2,3,5             E) 2,4,5

8.Verilənlərdən hansilar öz dilimizin imkanlari hesabına yaranmişdir?

A) biznes, mesaj                        B) spiker, birja                      C) mer, distribüter

D) printer, ekologiya                 E) toplum, soykökü

9.Eyniköklü sözlər cərgəsini göstərin:

A) bağın, bağlıq, bağça

B) bağa, bağban, bağça

C) yara, yarlıq, yarğan

D) güllü, gülünc, güclü

E) yağıntı, yağlı, yağmur

10.      

sxeminə uyğun sözü tapin:

A) düçüncəsizdir          

B) qaraltmışdır  

C) əmimgildəkilər    

D) kitabxanaçılıq    

E) yamaqsızdır

11. “Tanıq”, “ayıtmaq”, “suç”, “əsən” arxaizmlərinin müasir qarşiliqları hası cərgədə verilib?

A) şahid, qızıl, günah, sağ-salamat

B) şahid, demək, günah, sağ-salamat

C) çöl, demək, sayrişmaq, şahid

D) şahid, demək, xəstə, payiz

E) qədəh, demək, günah, salamat

12.”İttifaq“ sözünün fonetik təhlilindəki düzgün cavabları göstərin:

1. sözdə iki kar, iki cingiltili samit işlənmişdir.

2. sözün yazilişi ilə tələffüzü arasinda  iki fərqli məqam var.

3. sözdəki bütün samitlərin qarşılığı var.

4. vurğusu birinci hecadadir.

5. qoşa tt hərfləri ilə yazilan bu söz qoşa [tt] kimi tələffüz olunur

A) 2, 3            B) 1, 2, 3               C) 1, 2, 4

D) 2, 5            E) 1, 2, 5

13.”Ayaq” sözünün leksik mənasinin olub-olmamasini bilmək üçün nə etmək lazimdir?

A) sözün mənşəyini müəyyənləşdirmək.

B) sözün sintaktik vəzifəsini müəyyənləşdirmək.

C) sözün antonimini  müəyyənləşdirmək.

D) sözün qrammatik mənasını  müəyyənləşdirmək.

E) sözün vurğusunu  müəyyənləşdirmək.

14.Hansi cümlə yalniz düzəltmə sözlərdən ibarətdir?

A) Hünərli insanlar xoşbəxtliyə layiqdirlər.

B) Sərgidə maraqlı nümunələr toplanmışdı.

C) Külək yağışı səpələyirdi.

D) Canli yayım çoxdan başlamişdi.

E) Mərdlik və dözüm hər kəsin işi deyil.

15.Hansi cümlələrdə altindan xətt çəkilmiş sözlər omonimdir?

1.Əsər müəllifi kimi mükafata layiq görülmüşdür.

2.Axşamlar külək əsər, bağ-bağçaya sərinlik gətirərdi.

3.İndi qorxudan əsər qalmamişdi.

A) 1, 3   B) 1, 2   C) 1, 2 ,3   D) 2, 3    E) hec biri

16.Hər üçü omonim olan cərgəni müəyyən edin:

A) kürü, baş, təsnif.

B) yüngül, maşin, bənd.

C) ləpə, göz, ətək.

D) ağrı, quru, mürəkkəb.

E) bal, qal, atmaq.

17.Tələffüz formasinda verilmiş sözlərdən hansi qoşa “y” ilə yazilir?

A)  [harmoniya ]   [ fəxriyə ]

B)   [mərsiyə]    [tərbiyə]

C)  [ ədəbiyat ]   [ eza:miyət]

D)  [  akademiya]  [ akasiya ]

E)  [ ixdiyar ]      [ tövsiyə ]

18.Vurğusu dəyişməklə mənası dəyişən sözləri seçin:

1.qrafik            3.mütləq          5.nərə

2. qəlyan          4.komik

A) 2, 5        B) 1, 3, 4       C) 3, 4         D) 1, 2, 3         E) 2, 5, 4

19.Hansi sözlərin yazılışı ilə tələffüzü arasında üç fərqli məqam var?

1.istilik.

2.torelantlıq.

3.protokol.

4.dərdləşmək.

5.orfoqrafik.

6.dəstənlənmək.

A) 3, 5      B) 1, 5      C) 2, 4      D) 3, 4     E) 2, 6

20.Frazeoloji birləşmələrdən birinin sinonimi düzgün verilməmişdir?

A) qılığına girmək - qəlbinə yol tapmaq.

B) qulaq asmaq – qulaq vermək.

C) yola düşmək  - əl ayağa düşmək.

D) gözü ayağinin altını görməmək- göylə getmək.

E) dil-dil ötmək – dilotu yemək.

21.Hansi bənddə “ q” hərfi[q],[ x ], [ ğ ], [ k ]səslərini ifadə edir?

A) toqqa, qaranquş, qismət, üfüq.

B) miqyas, uzaq, qonaq evi, şəfəq.

C) budaq, qeyrət, balıq ovu, rəqs.

D) qış, qiyamət, bulaq, qayıq.

E) yarpaq, ovlamaq, çarıq, nöqsan.

 

22.Verilmiş sözlərdən hansılar sadədir?

1.bağışlamaq.       3.qumsal.              5.güləşmək.

2. durğun.             4.yoxuşlar.            6.daraq.

A) 4, 5, 6       B) 1, 4 ,5     C) 2, 3, 6      D) 1, 2, 3           E) 3, 4, 5 

23.Hansi sözlərin leksik mənası səhv izah edilmişdir?

1.asayiş - əmin-amanlıq.

2.qonaqlıq – ziyafət.

3.nəfis – incə, gözəl.

4.atlas – parça növü.

5.his – duyğu.

24.Uyğunluğu müəyyənləşdirin:

1.tələffüz  zamanı səsartmı baş verir.

2.tələffüz  zamanı səsdüşümü baş verir.

3.tələffüz  zamanı hərf və səs tərkibi dəyişmir.

A) anormal       B) bələdiyyə       C) bəraət         D) istiot             E) sehr

25.Hansi sözlərdə “k-y”,”q-ğ” əvəzlənməsi baş verir?

1.Babək.           2.monoloq.        3.xörək.

4.bayraq            5.ittifaq.            6.çiyələk