İngilis dili

012 530 55 46

055 231 50 25

İngilis dili

Bir çoxlarımız bu problemlə qarşılaşmışıq – qramatikanı bilirik , söz bazası da az deyil, amma hər dəfə həmin dildə danışmaq imkanı veriləndə danışıq nitqi itir və bir söz belə deyə bilmirik. Belə də olur ki, tanış mühitdə (sinif, qrup və s. ) rahat şəkildə ünsiyyət saxlayırsınız, lakin tanış olmayan mühitdə (məsələn: xaricdə) artıq özünüzü sərbəst hiss etmirsiniz. Bu problemi necə həll etməli ? Əgər xaricə getməyə imkanınız yoxdursa və kursda özünüzü sınayıb, danışmağa başlamağa cəsarətiniz çatmırsa ? Çıxış yolu var – Danışıq klublarında iştirak etmək

Kursun əsas məqsədi xarici dili öyrənmək istəyən və bu dildə ünsiyyət qurmaq istəyən şəxslərə köməklik etməkdir. Kursumuz sizlərə xarici dili öyrənməyə, həm mövcud dil biliklərinizi zənginləşdirməyə, həm də ünsiyyət qurmağa kömək etməyə yönəldilib. Hazırladığımız xüsusi proqram sizə xarici dili kifayət qədər yüksək səviyyədə öyrənməyə imkan yaradır.
Müxtəlif növ dərs vəsaitləri  yazma, oxuma, dinləmə və danışma qabiliyyətlərinin kompleks inkişafını nəzərdə tutur. Kursun proqramı həm xarici, həm də yerli vətəndaşlar üçün hazırlanmışdır.
Başlanğıc səviyyədən təkmilləşmiş səviyyəsinə kimi xarici dili öyrətmə proqramının davam etmə müddəti 6 ay hesab edilir.
“Zəngin” Tədris Mərkəzinin intensiv xarici  dili qısa müddət ərzində öyrənmək üçün əla şansdır. Bu kursu bitirən tələbələr xarici dildə danışa və başa düşə bilir, eləcə də bu dilin qrammatik əsasları öyrənirlər.
Dərslər həm fərdi, həm də qrup şəklində aparılır.
Dərslər həftədə 3 dəfə 1 saat keçirilir, kursun müddəti 3 -6 aya qədər.
Bazar günləri müəllimlər tərəfindən  pulsuz Conversation keçirilir.