Kompyuter Hazırlığı

012 530 55 46

0503492288

Kompyuter Hazırlığı

Ofis proqramları

Zəngin Tədris Mərkəzi  sizi Microsoft Windows 8  əməliyyat sistemləri və Microsoft Office (word, excel, powerpoint və outlook)proqramlarını mükəmməl şəkildə öyrənməyə dəvət edir. Microsoft office proqramları bütün Dövlət idarələrində, Şirkətlərdə və Ofislərdə geniş istifadə olunur. Dərslər həftədə 3 dəfə 1 saat olmaqla, ayda 12 saat keçirilir.Kursun ümumi müddəti 3 aydır. Lakin daha  tez vaxta öyrənmək lazım gələrsə, intensiv qaydada dərslərə gələrək cəmi 1 aya kursu bitirə bilərsiniz.
Word- Siz word proqramı vasitəsilə mətn redaktəsi,cədvəllərlə işləmə, eləcə də bütün sənədləri mükəmməl işləmə qaydasını mənimsəyəcəksiniz.
Excel-Excel proqramı da həmçinin Dövlət idarələrində, şirkətlərdə və ofislərdə hesabatların aparılmasında geniş istifadə olunur. Ən çətin cədvəllərin və hesabatların hazırlanması asan üsulla izah ediləcək.
Powerpoint-bu proqram hal-hazırda bütün universitelər və məktəblərdə dərslərin keçirilməsində, eləcə də marketing sahəsində təqdimatların keçirilməsində geniş istifadə olunur. Bu proqram vasitəsilə animasiya, təqdimatlar və slaydşloular hazırlaya bilərsiniz.
Outlook-MS Outlook bütün şirkətlərdə daxili və xarici məktublaşma üçün istifadə olunan proqramdır. Həmçinin bu proqram vasitəsilə siz təqvim və görüləcək işlərinizi nəzarətdə saxlaya bilərsiniz.

AutoCAD kursları
AutoCAD KURSLARININ ANNOTASİYASI
AutoCAD kursları layihə və konstruktor sənədlərinin işlənmə proseslərini avtomatlaşdırmasını öyrənən proqramdır. AutoCAD sisteminin əsas məqsədi müxtəlif mövzulu layihələr üçün eskizlerin hazırlanmasıdır. Bu, daxili interyer obyektləri – ev əşyalarının, yaxud müxtəlif mexanizmlərin layihələri, həmçinin elektrik sxem maketlərin hazırlanması da olabilər.  Kursu bitirdikdən sonar serbest sekilde mətbəx mebeli, ofis mebeli, o cümlədən interyerin digər predmetləri üçün müxtəlif növlü eskizlər və dizayn-maket layihələri hazırlamağa imkan verəcək. Kursu bitiren telebeler müvafiq kursa aid sertifikatla teltif olunur və hemin sertifikatla aşağıda göstərilmiş vezifələrdə çalışmaq imkanı qazanırlar: dizayner işləri qrupunda dizayner köməkçisi, dizayner-mühəndis, rəssam-dizayner.
AutoCAD kurslarının davamiyyəti:
20 saat
AutoCAD kurslarına qəbul üçün tələb olunan biliklər:
Kompyuterdə işləməyi bacarma
AutoCAD kurslarının sonunda verilən ixtisas (peşə)
Sertifikatla teltif olunur
AutoCAD kurslarında məşğələlərin cədvəli:
həftədə 3 dəfə. 1saat olmaqla. Ümumi kurs – 20saat
Dərs saatları serbest qrafikle hesablanmışdır
AutoCAD kursunun təlim proqramı
1. AutoCAD sisteminə giriş.
2. Cizginin hazırlanması – AutoCAD proqramının əsas təyinatı
3. Obyektlərin əsas xassələri
4. Qrafik primitivlər təsvirin əsası kimi.
5. Mürəkkəb qrafik primitivlər.
6. Təsvirlərin redaktəsi üçün vasitələr
7. Rejimlərin tənzimlənməsi və əməli çəkmə üsulları (sxemin cizgisi misalında).
8. Kiçik ekranda böyük və mürəkkəb təsvirlə səmərə ilə işləməni təmin edən sistemin imkanları (sxemin cizgisi misalında)
9. Cizginin konstruktor sənədi kimi yaradılması (sxemin cizgisi misalında).
10. Blokların yaradılması və istifadəsi (cizginin əsas yazısı misalında).
11. İstifadəçinin koordinat sisteminin yaradılması və onlarla iş üsulları (tikinti cizgisi misalında).
12. Cizgilərdə ölçülərin qoyulması (tikinti cizgisi misalında).
13. Çəkiliş rejimlərinin və ölçü üslublarının tarazlığının xüsusiyyətləri (maşın qayırma cizgiləri misalında)
14. Cizginin çap sürətinin alınması (maşın qayırma cizgiləri misalında).
15. AutoCAD proqramında üç ölçülü qrafikanın imkanlarının qiymətləndirilməsi (obyektlərin sərt gövdəli modellərinin misalında)

3D MAX kursu
  “3DMAX” proqramını oyrənməklə sistemində üç ölçülü modelləşdirmə”, televiziya, kino sənayesi və animasiya üçün layihələri müstəqil olaraq hazırlamağı öyrənəcəksiz. 3D MAX kurslarının təhsil proqramı reklam roliklərinin, animasiya filmlərinin hazırlanması üsullarından bəhs edir. Kursun proqramına bu movzuda olan bütün prossesleri aiddir: müxtəlif mürəkkəbliyə malik üç ölçülü modellərin hazırlanması, materialların hazırlanması, səhnənin işıqlandırılması, animasiya və xüsusi effektlər.
Siz 3D MAX sistemində kompyuterin bütün imkanlarını öyrənə biləcəksiniz.
“3D MAX sistemində dizayn” kurslarını bitirənlər və reklam agentliklərində, televiziyada, dizayn-studiyalarında 3D-vizualizator, rəssam-dizayner, konstruktor-dizayner  vəzifələrində çalışa bilərlər.
3D Max kurslarının davamiyyəti:
3 aydir.
3D Studio Max kurslarına qəbul üçün tələb olunan biliklər:
Kompüterdə işləməyi bacarma
3D Studio Max kurslarında dərslərin vaxtı:
Ders saatı sərbəstdir
Zəngin Tedris Merkezinde keçilən 3D Max proqramına daxildir:
1. 3D Max interfeysi ilə tanışlıq.
2. Obyektlər
3. Obyektlərin və obyekt qruplarının dəyişməsi
4. Mürəkkəb (Compound) obyektlərin yaradılması
5. Obyektlərin modifikatorları
6. Materiallar
7. İşıq mənbəyi
8. Obyektlərin animasiyası (canlandırılması)
9. Çəkiliş kameraları
10. Kameranın yaradılması
11. Təsvirin kəskinliyinin dərinliyi
12. Kameranı idarə: panoramlaşdırma, yaxınlaşma və uzaqdan çəkiliş
13. Animasiyaya dair ümumi məlumat
14. Səhnənin vizualisasiyası. Rendering
15. Sınaq: üç ölçülü modelin hazırlanması


Corel DRAW kursu 
Bu kurs qrafik sistemin struktur imkanlarının tam açılmasını, qrafik görüntülərin emalı metodlarını, kompyuter və vektor qrafikini tətbiq etmək bacarığını öyrədir.
Təklif olunan CorelDRAW kursu “vektor”, “krivaya bize” kimi populyar və digər başqa növ kompyuter və vektor qrafikaları ilə işləməyi öyrədir.
Corel DRAW kurslarının dinləyiciləri, yüksək ixtisaslı müəllimlərin rəhbərliyi altında bəzi praktiki tapşırıqları yerinə yetirirlər və onların məsləhət və metodik göstərişlərı ilə alınan biliyi möhkəmləndirirlər.
Corel DRAW kursu gələcəkdə kitab üzlərinin, maketlərin visit kartların, firma blanklarının, loqotip və açıqcaların yaradılmasında, onların qrafik təsvirlərinin redaktə edilmsini müstəqil olaraq həyata keçirməyə imkan verəcəkdir.
Corel DRAW kursları haqqında məlumat
Müddəti- 12 saat (4 həftə)
Dərs Rejimi – həftədə 3 dəfə 1 saat müddətində


Photoshop
Photoshop təlim kursu Rastr qrafikası və onun yaradıcılıq, bədii emalına, habelə Adobe Photoshop proqramında fotomontaj və yüksək keyfiyyətli anemasiya görüntülərini yaratmaq məqsədinə xidmət edir.
Böyük iş təcrübəsi olan yüksək ixtisaslı müəllimlər, relyef, işıqlanma, şəklin konturlarını ifadə etmək məqsədilə kölgə üsulundan istifadə etməklə kollajların yaradılmasını öyrənməyə xüsusi diqqət verirlər.
Photoshop kursunun dinləyiciləri zədələnmiş fotoşəkillərin bərpasını brush alətləri vasitəsilə ağ-qara şəkillərin rəngli təsvirə keçirilməsini “ Stamp ” history öyrənirlər. Bütün bunlar sonralar Photoshop proqramları daxilində qrafik təsvirlərin yaradılmasına, onların redaktə edilməsini təmin edir. Bu işlər isə kitabların üst qabığının, vizit kartlarının, firma blankların və açıqça yaradılmasında istifadə edilir.

“*”-la işarələnmiş xanaların doldurulması vacibdir
Maraqlandığınız kurslar *: